“Fiorentina” Belçika səfərində
08.05.2024 , 12:21
Bu gün Konfrans Liqasında ilk finalçının adına aydınlıq gələcək.
Korner.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “Brügge” “Fiorentina”nı qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Matçı Türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək.
Konfrans Liqası, yarımfinal mərhələsinin cavab oyunları
8 may
20:45. “Brügge” (Belçika) – “Fiorentina” (İtaliya)
Baş hakim: Halil Umut Meler
İlk oyun – 2:3
“Yan Breydel Stadionu”