Şehiç karyerasını bitirdi
07.05.2024 , 19:23

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.
Korner.az xəbər verir ki, bununla bağlı 35 yaşlı qolkiper öz sosial media hesabında paylaşıb.
O, paylaşımında azarkeşlərə, ailəsinə, dostlarına, məşqçilərinə təşəkkür edib.
Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.
