“Yuventus”dan ilk transfer
07.05.2024 , 20:29

“Yuventus” ilk transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Montsa”nın qapıçısı Mişel Di Qreqorionu heyətinə qatıb.
İtaliya mətbuatı yazır ki, “Yuventus” 26 yaşlı qolkiper üçün 15 milyon avrosundan keçib.
Oyunçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalandığı bildirilir.
