big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramin Musayev: “Mən istefa ərizəsi yazmamışam, “bajıoğlu” (MÜSAHİBƏ – ÜÇÜNCÜ HİSSƏ)

25.08.2022 , 12:37

Ramin Musayevlə müsahibənin budəfəki – sonuncu hissəsində də çox maraqlı, heç kimin bilmədiyi məsələləri ortaya çıxarmağa müvəffəq oldum. Xüsusilə də, “istefa vermiş” adamın ərizə yazmaması kimi unikal faktı. Əvvəli hərarətli keçən söhbətin sonu çox təsirli alındı. Mərhum anasını, dostunu xatırladı, içindən keçənləri müəllifi olduğu şeirlərlə dedi, kövrəldi. Heç elə bil illərdir tanıdığım Ramin Musayev deyildi bu. Hər söhbətində asıb-kəsən, söz arsenalı jarqonlarla dolu adamla bu söhbətin sonunda tam fərqli adam gördüm. Bir az küskün, bir az narazı, bir az da etdiklərinin itirilməsini istəməyən. Özü bunların heç birini qəbul etməsə də…

 

Nəticə verəndən sonra heç “sağ ol” da demədilər

– Mən “Qarabağ”a Qurbanı tövsiyə etməsəydim, digər namizəd Qurbanın qazandıqlarını qazanacaqdı?

– Kim idi digər namizəd?
– Demərəm. İndi deyirsən ki, səlahiyyətlərimi aşmışam?

– Ramin Musayevin hər addımda tənqid olunmasının səbəblərindən biri də bu idi. Ramin Musayev hansısa klubu dağılmaqdan qorumaq üçün pul ayırtdırır, Ramin Musayev “Neftçi”yə vitse-prezident, baş məşqçilər gətirir, Ramin Musayev “Qarabağ”a Qurban Qurbanovu təyin etdirir və s.
– İndi deyirəm də bunları, indiyə qədər kim bilirdi ki?

– Ən azı, Tahir Süleymanovun təyinatında əlinizin olduğu bilinirdi.
– Pislik eləmişəm? Beş il çempion elədilər komandanı.

– Kluba pislik etməmisiniz, amma bu əməlinizə görə tənqid olunmusunuz.
– Heç xatırlamıram.

– Təbii ki, adamlar nəticə verəndən sonra yox, nəticə verənə qədər.
– Ay sağ ol. Amma nəticə verəndən sonra heç “sağ ol” da demədilər.

– Kimdən gözləyirdiniz ki “sağ ol”u?
– Heç kəsdən. Bircə Allahımdan başqa, Ondan da almışam. Vaxtilə bir müsahibə vermişdim, demişdim ki, “Xəzər Lənkəran” bərpa olunsun, birbaşa Premyer Liqaya buraxmağa hazıram. Bilirdim ki, bu, səlahiyyətlərimi aşmaq deməkdir, amma hazır idim.

– Çünki siz başqalarının haqqını yediyinizi də düşünmürdünüz.
– Gələn oldu, qoymadım???

– “Xəzər Lənkəran” bərpa olunsa idi, əvvəlki gücdə olacaqdı? Və “Xəzər Lənkəran”ı çempionatdan küsdürən, dolayısı ilə dağılmasının səbəbkarlarından biri kimi siz də göstərilir.
– Kim göstərilir?

– Rövnəq Abdullayev və onun komandası.
– Bizim bir-birimizdən heç bir narazılığımız olmayıb. Bu gün də zəng edim, ilk sözləri “bəli, qardaş, eşidirəm” olmasa, nə istəyirsən de. “Karvan”ı da mən dağıtdım? “Bakı”nı da mən dağıtdım? Yox, qardaşım, səhvsən.

– “Karvan” ilə “Bakı”nı demirəm, amma “Xəzər Lənkəran”ın dağılmasına görə əsas günahkar qismində siz göstərilmisiniz həmişə.
– Mənim dövrümdə “Xəzər Lənkəran” çempion da olub, kuboku da alıb, necə dağıtmışam?

 

“Araz Naxçıvan” klubunun bərpa olunmasına məndən başqa heç kim səs vermədi

– Əsas ittiham da sizin rəhbərlik etdiyiniz hakimlərin “Xəzər Lənkəran”a qarşı qərəzli münasibət göstərməsidir.
– Heç vaxt elə şey ola bilməzdi. Bütün oyunların videoyazıları bu gün də məndədir. Hətta “Neftçi”də hara nə qədər xərclənibsə, hamısının sənədlərini saxlayıram. Sənə bir sual verim. “Araz Naxçıvan” klubunun bərpa olunmasının təşəbbüskarı kimdir? Mən Ramin.

– Bəs vaxtilə dağılmasının səbəbkarı kim oldu?
– Onu sən özün bilirsən. Amma klubun bu gün çempionata qatılmasının səbəbkarı mənəm. Məndən başqa heç kim onun bərpa olunmasına tərəfdar çıxmadı. Amma mən faktları qarşılarına qoydum, dedilər, yaxşı, olsun.

– Kimlərin qarşısına qoydunuz?
– Onu sonra sənə deyərəm.

– Onu bilirəm ki, Ramin Musayev, sizin PFL-də rəhbər olduğunuz dövrdə külli miqdarda pul axıdıldı və əksər hissəsi də qarət edildi. Mən bunda təkcə AFFA-nı günahlandırmıram, ümumi deyirəm…
– Sən sözünü tamamlamamış bir sual verim?

– …Və heç bir müsbət nəticəsi də olmadı. Yekunlaşdırdım, buyurun, verin sualınızı.
– Neçə ildir futboldasan?

– 2004-cü ildən.
– Eyni vaxtda gəlmişik. Aramızda duz-çörək var. Kişi kimi düzünü de, indiyə qədər kimdənsə rüşvət aldığımı, kiməsə haqsızlıq etdiyimi eşitmisən? Nə bilirsənsə, nə eşitmisənsə, de. Amma kişi kimi!

– Rüşvət məsələsini bilmirəm, amma haqsızlıq etdiyinizi bayaqdan deyirəm.
– Yox, yox, yox.

– Siz klublardan bir qisminə pul verib, o birilərə qarşı gücləndirməklə haqsızlıq etmisiniz.
– Sən onu elə qəbul elə, amma haqsızlıq deyil.

– Təsəvvür edin ki, Ramin müəllim… Allah saxlasın, neçə övladınız var?
– İki.

– Allah saxlasın. Hesab edin ki, iki yox, on iki uşağınız var. O uşaqlardan altısının cibinə hər gün pul basırsınız ki, get kef elə, amma digər altısına heç nə vermirsiniz, buraxmısınız öz öhdələrinə, gedin özünüz qazanın və bir təhər yaşayın.
– Düz müqayisə etmədin axı. Yeddi komanda varsa, səkkizincini bərpa etmək pisdir?

– Söhbət bərpadan getmir. Neçə klub var idi Birinci divizionda?
– O vaxt 11.

 

Razılaşdırılmışdı ki, hamısına eyni məbləğ verilsin

– Neçəsi ARDNŞ-dən maliyyələşirdi?
– Hamısı. Hamısına da eyni məbləğ verilirdi. Əksinə, oyun sayı artdı, futbolçuların sayı artdı, Tovuz kimi bölgənin futbolçuları aralıqda qalıb itib-batmadı. Səninlə o vaxt razı olardım ki, ümumi olaraq 1 milyon pul ayrılardı və o pulu 11 yox, 12 komanda arasında bölmüş olardıq. Hesab elə ki, qarşında dəstə-dəstə pul var, 11 nəfər gəlir, hərəsinə 100-100 verirsən. Mən də gəlib sənə deyirəm ki, sən canın, bu 12-ciyə də onlara verdiyin qədər ver. Belə etməklə o 11 nəfərin haqqına girmiş oluram?

– Dəqiq bilirsiniz ki, hamısına eyni məbləğ verilirdi?
– Elə danışılmışdı. Mən heç vaxt pul məsələsinə qarışmamışam. Həyatda ən qorxduğum şeydir. Şükür Allaha, bir adam deyə bilməz ki, bu 19 ildə Ramin Musayevə bir köynək almışam, pul vermişəm. Nəinki futbolda, istər polisdə, istərsə də türmədə işləyəndə… Heç kəs deyə bilməz! Alnım açıqdır!

– İllər əvvəl şəxsən mənə Antalyada verdiyiniz müsahibədə demişdiniz ki, nə qədər mən futboldayam, Anar Salmanov futbola qayıtmayacaq. Onda Anarı hakimlikdən uzaqlaşdırmışdınız.
– Hara qayıtdı?

– Futbola. Anar Niyazovla bağlı da eyni fikri demişdiniz.
– Hakimliyə qayıtmadı ki? Mən kimin haqqında nə demişəmsə, o da olub. Futbol başqa şeydir, hakimliyə qayıtmaq başqa. Mən demişdim ki, onlar hakimliyə qayıtmayacaqlar.

– Ramin müəllim, bir adam əliəyrilikdə ittiham olunaraq işdən çıxarılırsa, bir müddət sonra eyni iş yerinə…
– (sualımı tamamlamağa imkan vermir) O sualı mənə vermə.

– Yox, dinləyin, lütfən. Tutaq ki, bu kafenin rəhbərliyi əliəyrilik etməsindən şübhələndiyi xadiməni işdən azad edir, bir müddət keçir və o xadimə kassir kimi işinə bərpa olunur.
– Axı o sual mənə aid deyil.

– Bəs onda niyə deyirdiniz ki, nə qədər mən futboldayam Anar Salmanov…
– Mən demişdim ki, hakimliyə qayıda bilməz. Sən sual vermişdin ki, Anar deyib, elə adama tapşırtdırmışam ki, mən qayıdacam. Mən də demişdim ki, qayıda bilməyəcək, çünki o iş mənim səlahiyyətimdə idi. Onun elədiyi səhvlərin diski bu gün də məndə qalır.

– O vaxt deyirdiniz ki, bütün faktları toplayıb prokurorluğa müraciət edəcəksiniz, araşdırılacaq-filan. Heç bir nəticə haqqında da məlumat verilmədi sonradan.
– Mən demişəm?

– AFFA prezidenti deyirdi ki, əliəyrilik etdiyindən şübhələndiyimiz hakimi prokurorluğa verəcəyik.
– Mən elə söz deməmişəm, mənə aid olan suallar ver, xahiş edirəm.

 

Soruş Babəkdən, gör məndən narazılığı var?

– Babək Quliyevlə bağlı məsələdə də eyni şeylər deyilmişdi.
– Mən elə söz deməmişəm! Çıxart, gətir göstər!

– Araşdırma getməyib yəni?
– Araşdırma oyun alqı-satqısı ilə bağlı gedib.

– Yaxşı. Babəki niyə uzaqlaşdırdınız hakimlikdən?
– Səhvlərinə görə.

– Hansı səhvlərinə görə?
– Oyun səhvlərinə görə.

– Oyun səhvlərinə görə adamı hakimlikdən uzaqlaşdırarlar? Axı özünüz dediniz ki, səhvsiz insan yoxdur.
– Səhv bir dəfə olar, iki dəfə olar, beş dəfə olmaz ki.

– Dediyiniz səhvləri nəyinsə müqabilində edirdi?
– Sən demək istəyirsən ki, rüşvət almışdısa, niyə prokurorluğa verməmişəm?

– Aha.
– Mən də deyirəm ki, mən onda rüşvət alması ilə bağlı səhv tutmamışam.

– Bəs o “filan qədər pesok” söhbəti?
– Onu məndən eşitmisən? Mən öz dediyimə cavabdehəm.

– Ramin müəllim, qanunvericiliyə görə, mətbuatda yayılan informasiya araşdırma üçün əsas ola bilər. Anar Salmanovu, Anar Niyazov, İmanxan Sultanini, Rövşən Əhmədovu səhvlərinə görə uzaqlaşdırmamışdınız axı hakimlikdən.
– Niyə uzaqlaşdırmışdım? Oyunu idarə edə bilmədiklərinə görə göndərmişəm hamısını.

– Oyunu idarə edə bilmədiyinə görə heç bir hakimi hakimlikdən uzaqlaşdırmırlar. Səlahiyyətlərinizi burda da aşmısınız?
– Sən istəyirsən, mən deyim ki, onlardan şübhələnmişdim, ona görə uzaqlaşdırmışam. Sən məndən bunu eşitmək istəyirsən, amma eşitməyəcəksən.

– Niyə? Axı şübhələnmişdiniz.
– Mən şübhələnməmişdim. Mən görmüşəm ki, bu adamlar oyunu idarə edə bilmirlər və kənarlaşdırmışam.

– Belə çıxır ki, öz təbirinizcə desək, beş oyunda etdiyi səhvlərə görə siz kiminsə neçə illik əziyyətini yerə vurmusunuz?
– Kimin?

– Babəkin, Anarın. Hər ikisi FİFA referisi idi.
– Soruş Babəkdən, gör məndən narazılığı var? Zəng elə bu dəqiqə.

– Hətta hakimlikdə mərhələ adlamaq üzrə idi Babək.
– Boş söhbətlər idi, o vaxt buraxmışdılar dövriyyəyə.

– Sualıma cavab ala bilmədim.
– Cavab verdim də. Sən nə istəyirsən, “Tofiq Qasımov?” (bu cümlə ilə söhbətimizin yüksələn təzyiqini xeyli azaldır və gülüşümüzə səbəb olur)

– Niyə araşdırmaların hüquqi müstəvidə nəticəsi olmadı?
– Mən hüquq mühafizə orqanlarına müraciət etməmişəm, etmək fikrim də olmayıb. Əgər haqsız yerə uzaqlaşdırmışdımsa, onlar məndən şikayət edərdilər məhkəməyə.

– Bəlkə aranızda qarşılıqlı razılaşma olub? Kimisə işdən uzaqlaşdırmaq istəyəndə ərizəsini yazdırırlar, adını da qoyurlar ki, öz istəyi ilə getdi. Necə ki…
– Necə ki mənə yazdırdılar, eləmi?

– Arif adamsınız.
– Mən istefa ərizəsi yazmamışam, “bajıoğlu”.

– Yazmamısınız?
– Xeyr.

– Onda ortada qanunsuzluq var axı. “Statya” ilə çıxardıblar?
– Mən klubların nümayəndələrini yığmışam, demişəm ki, “bu günə qədər birlikdə işləmişik, haqqınızı halal edin, mənim də sizə faydam toxunubsa, haqqımı halal edirəm, yorulmuşam, artıq dincəlmək vaxtıdır”.

– Ramin müəllim, qanunvericiliyə görə, işdən azad olunmağın iki yolu var: işçinin öz istəyi və “statya” ilə. Siz də deyirsiniz ki, ərizə yazmamışam, “statya” ilə də çıxarılmamısınız, düzdürmü?
– Yazmamışam.

– Onda belə çıxır ki, hüquqi cəhətdən siz hələ də PFL-in prezidentisiniz.
– Ərizə yazmamışam, şifahi şəkildə demişəm ki, sağ olun, mən getdim.

– Sənədlərinizi AFFA-dan götürmüsünüz?
– Götürmüşəm.

– Burda da qanunsuzluq etmisiniz ki…
– Necə istəyirsən, elə də qəbul et.

 

İstefam üç dəfə səsə qoyulub, heç biri əl qaldırmayıb

– Hələ də “PFL prezidenti şineli”ni əyninizdən çıxartmamısınız. İşdən çıxandan sonra keçmisiz AFFA-nın binası tərəfdən?
– Keçmişəm.

– Nə hiss etmisiniz?
– Heç nə. Çox rahatam indi. “Kaş o günlərə qayıdaydım” demişəmsə, şərəfsizəm! İşstefa verdiyim gün otaqda klub nümayəndələri ilə sağollaşıb çıxmışdım, Aslan qalmışdı. Sonradan mənə dedi, mən hələ belə şey görməmişdim, üç dəfə dedik ki, istefaya münasibətinizi bildirin, heç kim əlini qaldırmadı. Axırda deyilib ki, əl qaldırmalısınız, qaldırın, bağlayaq söhbəti.

– Bəlkə heç kim gələcəyi üçün düşmən qazanmaq istəmirmiş?
– Mən kimə qarşı düşmən olacam ki? Heç vaxt heç kimlə düşmənçilik etməmişəm. Bəzən insanlar kənardan göründüyü kimi deyillər, qadan alım. O qədər adam olub, görüşüb ayrılanda deyiblər ki, sizi bizə tamam başqa cür tanıtmışdılar. Mən qəddar insan deyiləm, qəlbiyumşaq adamam. Pisliyə də pisliklə o vaxt cavab verirəm ki, şərəf və ləyaqətimə toxunulsun.

– Sizi göndərməklə toxunmadılar?
– Yox. Məni heç kim göndərməyib, özüm getmişəm. İnanırsan ki, qurban demişdim? Əhd etmişdim ki, belə hörmətlə, izzətlə gedim, qurban kəsəcəm. Son vaxtlar futboldan, vəzifədən gedən hansı adam haqqında deyilib mənim haqqımda deyilən xoş sözlər?

– Sizin kimi “öz istəyi ilə” son vaxtlar vəzifəsindən gedən olubmu? Xatırlamıram, amma sizin barənizdə deyilənlər arasında müsbət məqamlar mənfi məqamlardan çox idi, bunu etiraf edirəm.
– Sualıma cavab vermədin. Mənim sənin bəzi suallarına verdiyim cavablar kimi oldu cavabın. (gülür)

Böyükağa ilə Tərlanı “Neftçi”yə tövsiyə etdim, iki ay sonra oğlumu komandadan uzaqlaşdırdılar

– Həqiqətən, xatırlamıram.
– Ay sağ ol, mənim qazandığım bu idi və bu mənə bəsdir. Qoy məni Qurbanı “Qarabağ”a, Tahiri, Tərlanı, rəhmətlik Böyükağanı “Neftçi”yə təklif elədiyimə görə tənqid eləsinlər. Mənim verdiyim məsləhət ümumi işin xeyrinədirsə, eybi yox, qoy məni pisləsinlər. İnsan var ki, pul qazanmaqdan zövq alır, mən isə kiminsə ürəyini açanda zövq alıram. O insan qədir bilər, ya yox – başqa məsələdir, özü bilər, Allahı bilər. Mən Böyükağa ilə Tərlanı “Neftçi”yə tövsiyə etdim, iki ay sonra oğlumu komandadan uzaqlaşdırdılar. Heç peşman olmadım. Özləri bilərdi. O onların adı idi, bu da mənim.

– Amma incidiniz?
– Yox. Axı mən bilirəm ki, əlimin duzu yoxdur.

– Bu sözü o anda özünüzə demisinizsə, deməli, incimisiniz.
– Yox. Tək bunlar deyil axı. O qədər insan olub ki, yaxşılıq etmişəm, amma cavabları pislik, saymamazlıq, hörmətsizlik olub. Heç vecimə də deyil. Mən Allahımdan çox razıyam. Bu həyatda reallaşdıra bilmədiyim bircə arzum qalıb: kəndimizdə balaca məscid tikdirmək istəyirəm. Uşaqlıqdan istəyim olub ki, tarixə düşüm. Pis-yaxşı düşmüşəm. Kimsə unudacaq, kimsə deyəcək ki, h-ə-ə-ə, o “j” ilə danışan kişi… Nə qədər unudulsam da, bir gün kimsə xatırlayacaq.

– Rövnəq Abdullayevin qatı müdafiəçisi kimi də xatırlanacaqsınız.
– Rövnəq müəllimin yolunda hər şeyə hazıram. O, mənim üçün bu gün də yaşayan dostumun qardaşıdır. Mən çox əzizimi itirmişəm. Amma desələr ki, iki nəfəri geriyə qaytarmaq şansı veririk, bir anamı, bir də o dostumu geri qaytarmaq istəyərdim.

Həmsöhbətim söhbətin bundan sonrakı hissəsində dostunun xatirəsini əbədiləşdirmək üçün etdiyi, çox az adamın bildiyi bir iş haqqında danışdı, amma təəssüf ki, o haqda bu müsahibədə bir kəlmə də yazmayacağıma dair söz verdirdi. Ancaq razılaşdıq ki, bu müsahibədə olmasa da, nə vaxtsa mütləq ictimailəşdirəcəm. Həm bunu, həm də 44 günlük Vətən müharibəsində və o müharibəyədək ordumuzun güclənməsi üçün etdiklərini mütləq ictimailəşdirəcəm. Və bütün bu qarşılıqsız etdiklərinin müqabilində heç bir “sağ ol”, heç bir təltif almamasını xüsusi vurğulamaqla…

Saleh Arslan

Müsahibənin birinci hissəsini buradan , ikinci hissəsini isə buradan oxuya bilərsiniz.

Son yazılar

To Top