“Sabah” Konfrans Liqasında, “Neftçi” kənarda qaldı
25.05.2024 , 21:02

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu turuna start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
“Sabah” səfərdə “Neftçi”yə (1:0), “Zirə” öz meydanında “Səbail”ə (1:0), “Sumqayıt” isə “Qəbələ”yə (1:0) qalib gəlib. Bu nəticədən sonra “Zirə” çempionatı 58 xalla 2-ci, “Sabah” 3-cü (58 xal), “Sumqayıt” isə 57 xalla 4-cü yerdə başa vurub. “Neftçi” 56 xalla 5-ci olub və avrokuboklardan kənarda qalıb.
Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.
25 may (şənbə)
19:00. “Zirə” – “Səbail” – 1:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Zirə İdman Kompleksinin stadionu
19:00. “Neftçi” – “Sabah” – 0:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Qəbələ” – 1:0
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun “Araz-Naxçıvan” – “Qarabağ”, “Turan Tovuz” – “Kəpəz” görüşləri sabah baş tutacaq.
