İngiltərə Premyer Liqasında işləri heç də yaxşı getməyən "Kvin Park Reyncers" baş məşqçisi Mark Huqheslə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, öz meydanında çempionatın ən zəif komandalarından biri "Sautqempton"la oyunda alınan yenilgi Huqhesin gedişinə səbəb olub.
"Kvin Park Reyncers"in boş qalmış baş məşqçi pstuna ən real namizəd kimi Harri Rednap göstərilir.
Xatırladaq ki, bu mövsüm Premyer Liqaya vəsiqə qazanan "Kvin Park Reyncers"in qələbəsi yoxdu.
