İdman Arbitraj Məhkəməsi (CAS) Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun cəzasını azaldıb.
Korner.az-ın məlumatına görə, CAS təcrübəli mütəxəssisə verilən 8 oyunluq cəzanı 4 matça endirib. Bundan başqa, F.Santuş 20 min avro yox, 10 milyon avro cərimə ödəyəcək.
Qeyd edək ki, F.Santuş bundan əvvəl çalışdırdığı Yunanıstan millisinin DÇ-2014-ün 1/8 finalında Kosta-Rika ilə oynadığı görüşün əlavə vaxtında matçın hakimi Ben Villamsla mübahisə etdiyi üçün səkkiz oyunluq cəzalandırılmışdı.
