"Ədalətli nəticə oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Miliko Pantiç Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Bakı" oyunundan sonra deyib.
"Qarabağ" oyuna daha həvəsli çıxmışdı. Heyətləri çox güclüdü, hətta xarici çempionatlarda oynaya biləcək futbolçuları var. Məncə, bu ilin çempionu onlardı. Mən bura gələndə də demişdilər ki, bu mövsüm "Qarabağ" çempion olacaq. Lazımsız səhvlərdən qollar buraxdıq. Biz bu gün döyüşü uduzduq, müharibə davam edir".
