“Everton”un hücumçusu Romelu Lukaku klubla yollarını ayırmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, 22 yaşlı futbolçu özünü daha iddialı komandalarda sınamaq istəyir.
Belçika millisinin aparıcı üzvünun yaxın vaxtlarda daha güclü klublara keçəcəyi gözlənilir. Romelo Lukaku bunu öz açıqlamasında da deyib:
“Özümü daha güclü klublarda göstərmək istəyirəm. Yəni iddiası böyük olan klubda titullar qazanmaq arzusundayam. Roberto Martines baş məşqçim olsa da, bəzən onun qərarları ilə razılaşmıram. Hətta elə olub ki, ona sözümü demişəm. Bir dəfə dedim ki, cinahdan istənilən kimi hücumlara qoşula bilmirəm, mümkünsə, mənə mərkəzdə şans ver. Mən çərimə meydançasının ətrafında nəsə edə bilərəm. Mərkəz hücumçusu kimi oynasam, daha çox qol vuraram. Lakin baş məşqçi inadından əl çəkmədi. Hələ onda demişdim ki, belə davam edərsə, komandadan ayrılacam. Əgər sərfəli təkilf olarsa, “Everton”da qalmayacağam”.
