big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Arif Əsədovun “torbasını” tikmək üçün məğlubiyyətə razılaşa bilərlər” – SORĞU

03.06.2015 , 05:32

Bu gün Azərbaycanda 2014-2015-ci illər futbol mövsümünə rəsmən son veriləcək. Çempion artıq bəllidir və o, “qızıl dubl” etmək üçün mövsümü medalsız başa vuran “Neftçi”nin inadını qırmalıdır. Bəs həmkarlarımız final barədə nə düşünürlər? +

Emin Tarverdiyev (komanda.az saytı): “Oyunçu aparsın" deyərdim. Oyunun favoriti "Qarabağ" olsa da, "Neftçi" də şanssız deyil. Düşünürəm ki, layiqli mübarizə aparan kuboku evinə aparacaq. Hesab təxminlərinə gəlincə isə, bu yaşa qədər mən heç bir oyun haqqında hesab təxmini bildirməmişəm və bunu "bacarmıram". Qoy bu oyunda hansı komanda layiqdirsə, o da qalib gəlsin. Amma başqa maraqlı məqam odur ki, "Neftçi"də "torba tikmək" əməliyyatı digər komandalarla müqayisədə daha peşəkarcasına edilir. Ola bilsin ki, bu dəfə Arif Əsədovun "torbasını" tikmək üçün məğlubiyyətə də razılaşsınlar”.

İbrahim Cəfərov (futbolxeber.az saytı): “Çox maraqlı finala şahidlik edəcəyik. İlk növbədə onu deyim ki, PFL finalın maraqlı alınması üçün əlindən gələni edib. Gördüklərimə əsasən deyə bilərəm ki, Qəbələ finala tam hazırdı. Oyuna gəldikdə, finalda heç vaxt favorit olmur. “Neftçi” üçün bu oyun mövsümü xilas etmək baxımından son şansdı. Uğursuz nəticə olsa, “Neftçi”də çox ciddi və sürpriz dəyişikliklər olacaq. İndiki məqamda “Qarabağ” daha şanslı görünür. Hesab edirəm ki, kuboku da elə “Qarabağ” qazanacaq. Ağdam klubu bu gün ölkədə ən yaxşı futbol oynayan komandadı. Bunu hamımız bilirik. Finalda da Qurban Qurbanovun komandası qələbə qazanacaq. Yəqin ki, 2:0 hesabı ilə”.

Zaur Xudiyev (apasport.az saytl): “Final oyunu olduqca maraqlı alınacaq. Xüsusilə, matçın əyalətdə keçirilməsi uğurlu addımdı. Həm komandalar üçün neytral meydandı, həm də bölgələrdə futbola olan marağın artırılması baxımından yaxşı gedişdi. Oyuna gəlincə, "Qarabağ" ardıcıl ikinci dəfə ölkə çempionu oldu və olduqca yaxşı formadadır. Ölkə kubokunu da qazanaraq "qızıl dubl"u rəsmiləşdirmək istəyəcək. “Neftçi” son vaxtlar yaxşı günlərini yaşamır, ancaq baş məşqçi Arif Əsədov Premyer Liqanın son turlarında dəfələrlə vurğulayıb ki, gücümüzü kubokun finalına saxlayırıq. Deməli, "ağ-qaralar" da mövsümü titulla başa vurmaq üçün əllərindən gələni edəcək. Belə oyunlar üçün nəticə və xüsusilə də hesab təxmini vermək olduqca çətindi. Hər cür nəticəyə açıq oyundu. Ancaq mən belə dşünürəm ki, maraqlı mübarizə şəraitində keçən az qollu qarşılaşma izləyəcəyik”.

Fərid Axundov (bloqqer): “Bir tərəfdə liqanı 68 xalla başa vuran "Qarabağ", digər tərəfdə isə mövsümü yeni idarəçilik, yeni prinsip, yeni hədəflərlə 49 xalla bitirən "Neftçi". Ilkin proqnoz versək, "Qarabağ" rahat qələbə qazanar demək olar. Ancaq bu, futboldur. Belə oyunlarda favorit olanlar yox, daha çox istəyənlər qazanır. Məncə, "Neftçi" komandası Azərbaycan futbolunda iddiasını ortaya qoymaq üçün kubokdan başlamalıdır. "Qarabağ" isə təcrübəli, stabil və rahatdır. Azərbaycan kuboku qazanılmasa da onlar qınanmayacaq. Ancaq hər zaman uğurlu mövsümlərin ardından lider komandaların iştahaları davam edir. Hesab təxminim isə 2:1 “Neftçi”nin xeyrinədir”. 

Emin Səfərov (futbolinfo.az saytı): “Qəbələdə baş tutacaq final matçına "Qarabağ" qızıl dubl, "Neftçi" isə Premyer Liqadakı uğursuzluğu unutdurmaq istəyi ilə çıxacaq. Şübhəsiz ki, Ağdam klubu bir çoxunun aşkar fovaritidi. Çünki Qurban Qurbanovun yetirmələri rəqibinə nisbətən daha inamlı, stabil, baxımlı və intizamlı futbol sərgiləyir. Paytaxt təmsilçisində isə durum elə də ürəkaçan deyil. Mənim üçün indidən Arif Əsədovun meydana buraxacağı start heyəti çox maraqlıdı. Mövsümü 4-cü pilllədə başa vuran komandanın çalışdırıcısının tək ümidi zədəli Flavinyonun sağalacağına, final matçına çıxacağına idi ki, braziliyalı da müalicə üçün artıq vətəninə yollanıb. Bundan başqa "Neftçi" futbolçularının 3 aya yaxındı maaş üzünə həsrət qalması da, onların qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşmasına imkan yaratmayacaq. "Atlılar"ın elitadakı çıxışını, başa çatan mövsümdə rəqibinə məğlub olmamasını, "Neftçi"də isə istər heyət, istər oyun, istərsə də, maddi problemlərin yaşanması nəzərə alsaq, fovaritin kimin olduğuna dair suala aydınlıq gəlmiş olur. "Qarabağ" hərzamankı oyununu sərgiləsə, rəqibini aşkar üstünlüklə məğlub edib, kuboku başı üzərinə qaldıra bilər. Təbii ki, qeyri-adi heç nə baş verməsə, matça kənar müdaxilələr olmasa… Sonuncu fikirlərimi nəzərə alaraq, matçın penaltilər seriyalarına qədər gedəcəyini, sonda isə "Neftçi"nin qalib gələcəyini düşünürəm. Çünki "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev komandasında bu qədər problem ola-ola əminliklə danışması, matça tam hazır olduqlarını deməsi mənim də fikrimi dəyişib…”

Səxavət Qurbanov (idmanxeber.com saytı): "Qarabağ" "qızıl dubl" etmək istəyəcəksə, "Neftçi" mövsümü titulla qapamaq arzusunda olacaq. Hesab təxminimə gəlincə, məncə, "Neftçi" bu matçı qazanacaq. Əsas və əlavə hissələr 1:1 hesabı ilə bitəcək və məsələ penaltilərdə həllini tapacaq. "Neftçi" üçün bu oyun ölüm və ya qalım oyunu olacaq. Müşahidə Şurasının yaradılmasından sonra "Neftçi" gümüş və bürünc medalları əldən verdi. Kuboku da əldən verəcəyi inandırıcı deyil".

Ürfan Məmmədzadə

Son yazılar

To Top