AZAL-ın braziliyalı legioneri Junior Nildo Topaz Premyer Liqasında daha 2 qol vurmaqla hesabındakı topların sayını 21-ə çatdırıb.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumaat görə, 31-ci turun “Rəvan”la oyunundakı dubl edən cənubi amerikalı Azərbaycan çempionatları tarixində 1 mövsümə 20 və daha çox qol vuran 20-ci futbolçu olub.
Hesabında 21 qol olan Nildo Badri Kvaratsxeliya və Nikolas Kanalesdən sonra 20-ni arxada qoyan 3-cü legionerdir. Buna nail olan ilk braziliyalı kimi tarixə düşən hücumçu AZAL-ın da heyətində mövsüm ərzində 20-dən çox qol vuran ilk futbolçudur.
Qeyd edək ki, Nazim Əliyev 3, Samir Ələkbərov, Rövşən Əhmədov, Fazil Pərvərov və Zaur Ramazanov hərəyə 2 dəfə bir çempionatda 20 və daha çox qol vurub.