“Yuventus”dan “Arsenal”a
06.05.2024 , 22:38

“Yuventus”un qolkiperi Voyçex Şesni ilə bağlı yeni iddia gündəmə gəlib.
Korner.az xəbər verir ki, təcrübəli qapıçı İngiltərə Premyer Liqasına qayıda bilər.
Oyunçu ilə “Arsenal”ın yaxından maraqlandığı bildirilir.
London klubu mövsümün sonunda Şesnini komandaya cəlb edəcək.
Qolkiper 2009-2017-ci illərdə “Arsenal”ın qapısını qoruyub.
