Bu gün “İnter” klubu Premyer Liqanın I turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunun hazırlığına başlamaq məqsədilə “Şəfa” stadionunda toplaşacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı avqustun 5-də baş tutacaq.