"Bakı" ötən gün növbəti yoxlama matçını keçirdib. Korner.az-ın məlumatına görə, Bojidar Bandoviç debüt oyunundakı rəqib birinci divizion təmsilçisi “Neftçala” olub. Paytaxt klubunun təlim-məşq bazasında baş tutan oyunda Aleksandr Soliç, Nurlan Novruzov, Rəhman Hacıyev və İbrahim Karqbonun hərəyə bir dəfə fərqlənərək komandasına 4:0 hesablı qələbə qazandırıb.