“Barselona” klubu tərk edən Seydu Keytanın əvəzinə yarimmüdafəçi axtarışını davam etdirir.
Korner.az– ın məlumatına görə, katalonların əsas hədəfi “Atletiko”dan Xavi Martines olsa da, onun transfer qiyməti – 40 milyon – klubu qane etmədiyi üçün alternativ variantlar axtarılır. Hazırda klub “Porto”nun yarımmüdafəçisi Joa Mautinyoyayla maraqlanır.
Qeyd edək ki, portuqaliyali oyunçu “Tottenhem” və “Mançester Yunayted”in də maraq dairəsindədir.