“Milan”ın ulduz oyunçusu ərəblərin hədəfində
23.05.2024 , 17:52
![](https://korner.az/wp-content/uploads/2024/05/IMG_0451.jpeg)
“Milan”ın hücumçusu Rafael Leau yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.
24 yaşlı oyunçu ilə “Əl-Hilal” yaxından maraqlanır. İlk rəsmi təklifin yaxın günlərdə olacağı gözlənilir.
Leaunun “Milan”la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)