“Qalatasaray” onu satmağa razıdır
25.06.2024 , 10:55

“Qalatasaray” yeni mövsüm qabağı hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul nəhəngində ayrılıq ehtimalı gündəmdədir.
Söhbət Super Liqa klubunun futbolçusu Tetedən gedir.
Tete “Qalatasaray”dakı ilk mövsümündə gözləntiləri tam olaraq qarşılaya bilməsə də, transfer bazarındakı talibləri hələ də diqqət çəkir. “Sarı-qırmızılar” braziliyalı oyunçu üçün təklif alsa da, indiyədək edilən təkliflər 7 milyon avro dəyərində olub.
“Qalatasaray” isə Tete üçün 14 milyon avro tələb edir. Klub 23 yaşlı cinah oyunçusunu satmağa hazırdır. Lakin 14 milyon avrodan aşağı olan təklifləri nəzərə almayacaq.
Mina Musayeva
