“Sabah” futbolçusunu geri qaytardı
25.06.2024 , 13:42

“Sabah” sabiq futbolçusunu geri qaytarıb.
Korner.az xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti videoçarx hazırlayıb. Almaniyalı ilə 1+1 illik müqavilə imzalanıb.
Mikels 2021-2023-cü illərdə “Sabah”da oynayıb.
O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubuna keçmişdi.
Yarımmüdafiəçi “Sabah”a azad agent kimi qoşulub.
