İngiltərə və Danimarka 1/8 finalda!
26.06.2024 , 00:58

Avropa çempionatının qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, C qrupunda İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə 0:0 hesablı bərabərə qalıb.
Bu nəticələrdən sonra İngiltərə 5 xalla qrup 1-cisi, Danimarka 3 xalla qrup 2-cisi olaraq pley-offa yüksəlib. Sloveniya da növbəti mərhələ şanslarını saxlayır.
25 iyun
D qrupu, 3-cü tur
20:00. Niderland – Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu
20:00. Fransa – Polşa
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund, “Siqnal İduna Park”
C qrupu, 3-cü tur
23:00. İngiltərə – Sloveniya – 0:0
Baş hakim: Klement Turpin (Fransa)
Köln, “Reyn Enerqi” stadionu
23:00. Danimarka – Serbiya – 0:0
Baş hakim: Fransua Leteksye (Fransa)
Münhen, “Alyans Arena”
