İspaniya və İtaliya 1/8 finalda!
25.06.2024 , 01:00

Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, B qrupunun matçlarına yekun vurulub.
1/8 finala vəsiqəni təmin edən İspaniya Albaniya ilə qarşılaşıb. Görüş ispanların 1:0 hesablı qələbəsi ilə bitib. Qrupun digər görüşündə isə İtaliya isə Xorvatiya ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə bitib. İtaliya bu nəticə ilə 1/8 finala vəsiqə qazanıb.
24 iyul
B qrupu, 3-cü tur
23:00. Albaniya – İspaniya – 0:1
Baş hakim: Qlenn Nyuberq (İsveç)
Düsseldorf, “Esprit Arena”
23:00. Xorvatiya – İtaliya – 1:1
Baş hakim: Denni Makkeli (Niderland)
Leyptsiq, “Red Bull Arena”
