Naço “Real”dan getdi
25.06.2024 , 15:54

“Real”ın kapitanı Naço Madrid klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniya nəhəngi Naçoya klubdakı 23 illik karyerasına görə təşəkkür edib və ona uğurlar arzulayıb.
Naço 11 yaşından “Real”da çıxış edirdi.
