“Turan Tovuz”dan yeni transfer
24.06.2024 , 17:56

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Tovuz təmsilçisi yarımmüdafiəçi Tural Bayramlının transferini yekunlaşdırıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.
