"Qarabağ" klubu 2013-cü ildə transfer fəaliyyətinə start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün mövqeləri gücləndirməyi planlaşdıran "Qarabağ"ın ilk transferi Kristian Torres olub.
2009-cu ildən ölkəmizdə çıxış edən 27 yaşlı futbolçu ön xəttdə universallığı ilə diqqət çəkir. "Qarabağ"da çıxış edəcək ilk argentinalı olacaq Torreslə 1,5 illik müqavilə bağlanılıb.
Ağdam təmsilçisi Torreslə yanaşı, "Rəvan"dan daha bir futbolçunu sıralarına bağlayıb. 22 yaşlı Elvin Musazadə ilə də 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kristian Torres və Elvin Musazadə "Rəvan"dan gəlibsə, "Qarabağ"ın yarımmüdafiəçisi Emin Mustafayev əks düşərgəyə göndərilib.