"Qalatasaray" uşaq komandasından yetişən gənc istedad İstanbul klubunu tərk edib.
Korner.az-ın məlumatına görə, söhbət "Benfika"yla yoxlama oyununda diqqətləri üzərinə çəkən Mertan Canerdən gedir.
Fatih Terimin sevimlilərindən olan 20 yaşlı Mertan karyerasının qarşıdakı 6 ayını Avstriyanın "Şturm" klubunda davam etdirəcək.
