“Yuventus”la sağollaşdı
10.08.2023 , 13:56

Müdafiəçi Leonardo Bonuççi uzun illər formasını geyindiyi İtaliyanın “Yuventus” klubu ilə vidalaşıb.
Korner.az xəbər verir ki, 36 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Burada çox şey öyrəndim, mübarizə apardım, xəyal qurdum. Düşündüyümdən daha çoxuna nail oldum. Bu günün reallığı evim kimi qəbul etdiyim, daim sevəcəyim klubu tərk etməyimi şərtləndirir”.
