Saviç “Atletiko”dan ayrılır?
15.05.2024 , 23:39

Stefan Saviç “Atletiko”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu Türkiyə və İtaliya klublarından gələn təklifləri dəyərləndirmək istəyir.
Bu səbəbdən oyunçu Madrid klubu ilə müqaviləsini yeniləməyib.
33 yaşlı futbolçu 2015-ci ildən “Atletiko”da çıxış edir.
