Ulduz oyunçu “Yuventus”a keçir
11.06.2024 , 10:00

“Mançester Yunayted”in ulduzu Meyson Qrinvudun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İtaliyada davam etdirəcək.
Bu barədə “TEAM Talk” məlumat yayıb. Xəbərdə, 22 yaşlı oyunçunun “Yuventus”da çıxış edəcəyi diqqətə çatdırılıb.
İngiltərə təmsilçisinin gənc oyunçu üçün 40 milyon avro istədiyi və danışıqların davam etdiyi bildirilib.
Ötən mövsümü icarə əsasında “Xetafe”də keçirən Qrinvud 36 matçda meydana çıxıb və 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Mina Musayeva
