Portuqaliyalı oyunçu “Qalatasaray”dan ayrılır
11.06.2024 , 12:22

“Qalatasaray”dan ayrılacağı gözlənilən portuqaliyalı ulduz Serxio Oliveyra “Eyüpspor”a keçə bilər.
Korner.az xəbər verir ki, Oliveyra bunu təkzib etsə də, Super Liqanın yeni komandası onun keçidini həll etmək istəyir.
Arda Turanın komandası 32 yaşlı yarımmüdafiəçini icarə əsasında komandaya keçməyə razı salmağa çalışır.
“Qalatasaray” 2026-cı ilə qədər müqaviləsi olan Oliveyranın gedişinə razılıq verəcək.
Futbolçu ötən mövsüm “Qalatasaray”ın heyətində 24 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
