Milli Qazaxıstana qalib gəldi
11.06.2024 , 19:55

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb.
Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da oynanılan görüşdə Azərbaycan millisi 3:2 hedabı ilə qalib gəlib.
11 iyun
Yoldaşlıq oyunu
18:00. Azərbaycan – Qazaxıstan – 3:2
“Haladas SportKomplexum”, Sombatxey
