“Yuventus”dan Motta üçün 3,5 milyon avro
15.05.2024 , 18:10

“Yuventus” baş məşqçi Tiaqo Motta ilə anlaşıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisi mütəxəssislə ilə 2 illik müqavilə imzalayacaq.
İtaliyalı məşqçinin müqaviləsində bir il müddətinə uzadılması bəndi də nəzərdə tutulub.
Tiaqo Mottanın “Yuventus”dan mövsümə 3,5 milyon avro qazanacağı bildirilir.
41 yaşlı Mottanın “Bolonya” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
“Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqri ilə müqaviləsi 2025-ci ilə qədər davam edir.
Klubun mövsüm bitdikdən sonra Alleqri ilə yollarını ayıracağı və Mottanın bu vəzifəyə keçəcəyi gözlənilir.
