“Beşiktaş” onu klubda saxlamayacaq
15.05.2024 , 22:58

“Beşiktaş” “Nottingem Forest”dən icarəyə götürdüyü Co Uorrolla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi 27 yaşlı oyunçunun çıxışından razı deyil.
Bu səbəbdən futbolçu mövsümün sonunda klubuna qayıdacaq.
Co Uorroll ötən ilin sonlarından “Beşiktaş”da çıxış edir.
