“Arsenal”ın qapıçısı bu klubda
10.08.2023 , 13:37

“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, komanda “Arsenal” qapıçısı Mett Törneri heyətinə qatıb.
ABŞ-dan olan qolkiperlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. 29 yaşlı futbolçu 2022-ci ilin yayından “topçular”da çıxış edirdi.
