1 aylıq sıradan çıxdı
15.05.2024 , 13:52
“Aston Villa” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun oyunçusu Nikolo Zanyolo sıradan çıxıb.
“Liverpul”la oyunda zədələnən futbolçunun ayağında mikro sınıq aşkarlanıb.
İtalyanlı futbolçunun təxminən 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
