“Beşiktaş”a geri qayıdır
15.05.2024 , 16:09
“Marsel” “Beşiktaş”dan icarəyə götürdüyü Jan Onana ilə davam etməyəcək.
Korner.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Xəbərdə, futbolçu özü də Fransa klubunda gələcəyinin olmadığını bilir.
Kamerunlu yarımmüdafiəçi Fransa klubunda 13 matçda forma geyinib və 1 qol vurub.
Jan Onananın “Beşiktaş”la hazırkı müqaviləsi 2027-ci ilə qədər davam edir.
