Bir neçə gündür türk mütəxəssis Yılmaz Vuralın İngiltərədə klub çalışdıracağı deyilirdi. Məşqçi özü də bunu inkar etmir, əksinə danışıqların getdiyini bildirirdi.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli çalışdırıcı “Kardiff Siti” ilə razılığa gəlib.
Yaxın günlərdə Vuralın rəsmi müqaviləyə imza atacağı gözlənilir.
