Cari mövsüm başa çatdıqdan sonra “Xəzər Lənkəran”a verilən 20 günlük istirahət başa çatıb.
Korner.az-ın məlumatına görə, bu gün Bakıda bir araya gələcək komanda axşam saatlarında ölkəmizi tərk edərək Almaniyaya yola düşəcək. İyul ayının 2-nə qədər nəzərdə tutulan yay təlim məşq toplanışını komanda Bavariya vilayətinin Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelində məskunlaşaraq keçirəcək.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)