big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Vüqar Nadirovdan yubiley qolu

30.09.2014 , 07:04

Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Korner.az-ın PFL-in saytına istinadən məlumatına görə, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov yubiley 40-cı qolunu vurmaqla ilk “50-liy”ə daxil olub. 

Topaz Premyer Liqasının VII turunun “Neftçi” ilə oyununda (3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı hücumçu “40”a 4 klubun heyətində çatıb. “Qarabağ”da 26-cı dəfə fərqlənən Nadirov bu komanda üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb: 2001/02 – 2, 2003/04 – 3, 2004/05 – 4, 2009/10 – 2, 2010/11 – 1, 2011/12 – 2, 2012/13 – 5, 2013/14 – 5, 2014/15 – 2. “Karvan”da 6 (2008/09), “Xəzər Lənkəran”da 5 (2005/06 – 3, 2006/07 – 2) dəfə fərqlənən Vüqar “Masallı”nın 3 (2007/08) qoluna imza atıb.

40 qol vuran yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində ən çox qol vuran 49-cu oyunçu adına şərikdir. Junivan Suares, Fernando Peres, Samir A.Məmmədov və Mehman Allahverdiyev də eyni qədər qola sevinib. Buna 271-ci çempionat oyununda nail olan hücumçu hazırda Premyer Liqada çıxış edən oyunçular arasında yalnız ikisindən, AZAL-da çıxış edənlər – Rəşad Abdullayev (46) və Viktor İqbekoyidən (43) geri qalır.

Qeyd edək ki, “Neftçi” ilə oyunda daha bir futbolçu – Riçard Almeyda da yubiley qoluna imza atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.

Son yazılar

To Top