“Mançester Yunayted”də əsas heyətə düşə bilməyən Viktor Valdeslə “Çelsi” və “Liverpul” klubları yaxından maraqlanır.
Korner.az-ın məlumatına görə, mövsümün sonunda müqaviləsi sona çatacaq Valdesin komandadan ayrılacağı dəqiqdir.
Qeyd edək ki, 33 yaşlı qolkiper “Mançester Yunayted”in Çempionlar Liqası üçün UEFA-ya göndərdiyi siyahısında belə yer almayıb.