big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Unudulmuş qələbə və ya 30 il bundan əvvəl: iyul, 1986…

21.07.2016 , 06:30

İstənilən sahədə ciddi nailiyyətlər əldə etmək üçün keçmişə, əldə edilən təcrübəyə, tarixə nəzər salmaq labüddür. Nəzərdə tutulan fəaliyyətin miqyasından asılı olmayaraq, tarixə nəzər – gələcəkdə daha ötkəm addımlamağa imkan verir.

Artıq Bakıda keçiriləcək Şahmat Olimpiadasının startına 1 aydan bir qədər çox vaxt qalıb. Bütün diqqətlər gələcək turnirə yönəlib, müxtəlif proqnozlar səslənir, ehtimallar irəli sürülür. Amma yaşadığımız iyul ayının Azərbaycan şahmatı üçün nə dərəcədə əhəmiyyətli hadisə ilə səciyyələndiyini, bəlkə də, çoxları unudub. Halbuki, haqqında danışacağımız əlamətdar hadisənin bu il yubileyidir. Gəlin, birlikdə xatırlayaq…

Aynur Sofiyeva, Firuzə Vəlixanlı və Nigar Sultanova. Bu adlar gənc nəsilə heç bir şey deməsə də, Azərbaycanın stajlı şahmatsevərləri bu trionu yaxşı xatırlayırlar. Nə az, nə çox, düz 30 il öncə SSRİ Xalqlarının 9-cu Spartakiadası çərçivəsində (respublikalar arasında 18-ci çempionat) şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasına çempionluq titulunu məhz bu “üçlük” qazandırmışdı. 1986-cı ilin iyulunda Minskdə keçirilən turnirdə komanda üzvlərimiz 15 mümkün xaldan 9,5 xal toplayaraq 1-ci yerə sahib olmuşdular. Firuzə Vəlixanlı isə birincilikdə unikal rekorda imza atmışdı: keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran həmyerlimiz bu göstəriciyə görə hətta kişiləri də geridə qoymuşdu.

Yarışların reqlamentinə əsasən, ilkin mərhələnin nəticələrinə görə 3 qrup formalaşdırılmışdı. 1-ci qrupa daxil edilən 6 ən güclü kollektiv (Azərbaycan, Moskva, Ukrayna, qazaxıstan, Özbəkistan və Litva) yekunda qadınlar arasında şahmat çempionunu müəyyənləşdirməliydilər. Turnirdən öncə mütəxəssislər qalib adına əsasən iki namizəd göstərirdilər – Moskva və Ukrayna. Həqiqətən də, heyətində kifayət qədər güclü idmançılar olan bu kollektivləri üstələmək çox problemli görünürdü. Amma Aynur Sofiyevanın kapitanlıq etdiyi Azərbaycan komandası bir çoxlarını təəccübləndirəcək nəticəyə imza atdı: 9,5 xal toplayan həmyerlilərimiz aktivinə hərəyə 8 xal yazan Moskva, Ukrayna və Qazaxıstan kollektivlərini geridə qoydular.

Tale elə gətirdi ki, sözügedən Spartakiada keçmiş SSRİ-də sonuncu oldu. Beləliklə, qadınlardan ibarət Azərbaycan şahmat komandası SSRİ məkanının sonuncu çempionu oldu.

Bu nailiyyətin o zaman Azərbaycanda necə rezonans doğurduğunu sözlə ifadə etmək çətindir. İnternet, sosial şəbəkələr dövründə yaşayan gənclər 1986-cı ilin azərbaycanlısının hansı həsrətlə “Günün ekranı” xəbərlər buraxılışının idman blokunu gözlədiyini anlamazlar. Məhz axşam saatlarında Minskdə keçirilən turnirdən xəbər verilirdi. Beləcə, yekun qələbədən sonra, demək olar bütün respublika bu “üşlüyün” qalibiyyətindən danışırdı: TV onları göstərir, qəzetlər onlardan yazırdı. Onlar haqqında hətta sənədli filmlər (“Ən gənc”, “İlk zirvələr”) də çəkildi. Bütün Azərbaycan fərəh hissi ilə yanaşı həm də gələcəyi səbirsizliklə gözləyirdi: bu triodan hansı o dövrdəki dünya çempionu titulunun daşıyıcısı Maya Çiburdanidzeni “taxtından” sala biləcək? Amma… Düzdür, sonralar da müəyyən qələbələr əldə olundu, xüsusən də ölkəmiz müstəqillik qazandıqdan sonra. Lakin dünya tacını nə Aynur Sofiyeva, nə də başqaları Azərbaycana gətirə bildilər. Hər halda, nəzər saldığımız yarış və inamlı qələbə Azərbaycan şahmat tarixinin ən parlaq səhifələrindən biridir. Ümid edək ki, qarşıdan gələn Şahmat Olimpiadasında ölkəmizin idman şərəfini qoruyacaq idmançılarımıza yubileyi olan bu qələbəni xatırlatmaqla zərrə qədər olsa belə, mənəvi və psixoloji durumlarına töhfə vermiş olduq.      

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top