Almaniya yığmasının futbolçusu Toni Kroos haqqında gəzən transfer söz-söhbətlərinə aydınlıq gətirib.
Korner.az-ın ITAR-TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, istedadlı yarımmüdafiəçi karyerasının gələcəyi haqqında qərarını verib. Hazırda Braziliyada olan futbolçu:
“Mən artıq qərarımı vermişəm, ancaq bunu hələki səsləndirə bilmərəm. Müqavilə hələ imzalanmayıb. Hər şey DÇ-2014-dən sonra bilinəcək”, – fikirlərini irəli sürüb.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)