“Sumqayıt”dan “Neftçi”yə
28.06.2021 , 16:18
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb. 23 yaşlı futbolçu komandanın heyətində 97 nömrəli formanı geyinəcək.
2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdü.
“Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Soareşi transfer edib.