Qədirzadənin komandasından məğlubiyyət
28.06.2021 , 16:49
Gürcüstan çempionatında XX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda “Dila Qori”yə məğlub olub – 1:2.
İbrahim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Samtrediya” 20 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.