İngiltərənin “Liverpul” klubunun hücumçusu Luis Suares komandadan ayrılacağı ilə bağlı qərar verib.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir.
Hazırda 27 yaşlı futbolçu ilə “Real” (Madrid) və “Barselona” klubları yaxından maraqlanır. Əgər Suares adı çəkilən iki komandadan birinə keçərsə, bu transfer həmin kluba 80 milyon avroya başa gələcək.