Slovakiya – Azərbaycan oyununa azarkeşlər buraxılacaq
10.03.2022 , 17:00

Slovakiyada futbol matçları azarkeşlərin iştirakı ilə keçiriləcək.
Korner.az xəbər verir ki, bu barədə Slovakiya Futbol İttifaqının saytı məlumat yayıb.
Martın 14-dən ölkədə pandemiyaya qarşı bütün məhdudiyyətlər götürüləcək.
Azərbaycan millisi UEFA Millətlər Liqasında Slovakiya ilə ilk oyununu iyunun 10-da Bakıda, cavab matçını isə sentyabrın 22-də səfərdə keçirəcək.
