Qrizmanın “Barselona” sevgisi bitmir
29.03.2019 , 12:52

Fransa millisinin və “Atletiko” Madrid klubunun futbolçusu yeni mövsümdən iş yerini dəyişə bilər.
28 yaşlı oyunçunun “Barselona” klubuna keçidi ilə bağlı xəbərlər gündəmdən düşmür. İspaniya mətbuatına görə, fransalı futbolçu kataloniya klubuna keçmək istəyir və buna görə, maaşının 23 milyon avrodan 26 milyon avroya endirilməsinə razıdır.
Qeyd edək ki, Antuan Qrizmanı hələ ötən mövsüm sonlarında “Barselona” klubu heyətinə cəlb etməyə çalışmış, lakin futbolçu “Atletiko” klubunda qalmağı üstün tutmuşdu.
