“Real”ın sabiq prezidenti: “Ronaldo qazansın, Perez seyr etsin”
29.03.2019 , 13:15

“Real Madrid” klubunun sabiq prezidenti Ramon Kalderon Kriştiano Ronaldonun “Yuventus”a satılmasını hələ də həzm edə bilmir.
67 yaşlı keçmiş prezident Ronaldonun satılmasının yanlış qərar olduğu və “Real”ın buna görə çox peşman olacağını deyib:
“Real Madrid” Ronaldonu satmaqla çox böyük səhv etdi. Bunun acısını hələ çox yaşayacaqlar. İndi hamı Mbappe və Neymardan danışır, amma onlar Ronaldonun səviyyəsinə heç vaxt çata bilməyəcəklər. İndi Perez Ronaldonun “Yuventus”dakı uğurlarını seyr etsin.”
Qeyd edək ki, Ramon Kalderon 2006-2009-cu illərdə “Real” Madrid klubunun prezidenti olub.
