Qran-pri: Orucov “bürünc” üçün belçikalı ilə döyüşəcək
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Yarışın ikinci günündə tatamiyə 2 idmançımız çıxacaq. Kişilər arasında 73 kq çəki dərəcəsində yarışan Olimpiya mükafatçımız Rüstəm Orucovun Qran-pridə debütün 1/16 finala təsadüf edib. İlk mərhələdən azad olan həmyerlimiz Aleks Pombo Silvanı (Braziliya) sınağa çəkib. Görüş cüdoçumuzun asan qələbəsi ilə yükunlaşıb. O, Silvanı 64 saniyəyə ippona salıb. Orucov ikinci görüşündə Nikolas Delpopolo (ABŞ) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. Rüstəm 1/4 finalda rusiyalı Musa Moquşkovla (Rusiya) qüvvəsini sınayıb. Təəssüf ki, cüdoçumuz uğurunu davam etdirə bilməyib. Buna baxmayaraq, Orucov “bürünc” üçün çıxışını davam etdirib. O, təsəlliverici görüşdə Rusiya millisinin digər üzvü Denis Yartsevlə gücünü yoxlayıb. Rüstəm ipponla qələbə qazaıb. O, 3-cü yer uğrunda belçikalı Dirk Van Tixeltlə mübarizə aparacaq.