Cüdo

Qran-pri: İkinci medalımızı qazandıq

27.10.2017 , 13:42

Yarışın ikinci günüdə ikinci medalımıza sahib olduq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Yarışın ikinci günündə tatamiyə 2 idmançımız çıxıb. Onlardan Rüstəm Orucov çıxışını bürünc medalla başa vurub. O, 3-cü yer uğrunda belçikalı Dirk Van Tixelti də vaxtından əvvəl məğlub edərək, bürünc medala yiyələnib. 

Qeyd edək ki, Qran-priyə 11 cüdoçu ilə yollanan yığmamız yarışın ilk günündə 1 gümüş medala yiyələnib. Mükafatı komandamıza Nicat Şıxəlizadə (66 kq) qazandırıb.

 

Son yazılar

Yuxarı