big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Qırtımovla qurtarmalımı, qurtarmamalımı?! (YAZI)

29.01.2013 , 20:34

“Simurq”da İlkin Qırtımov adlı futbolçu olduğu haqda sadəcə eşitmişdim. O uşağın oyununu görməmişəm. Açıq deyəcəm, futbolçu olaraq İlkini tanımıram.

Qırtımov son günlərdə iki məsələ ilə gündəmə gəldi. Əvvəl adını Berti Foqtsun Dubayda sınamaq istədiyi gənclər sırasında gördük. Sonra isə “Futbol+” qəzetinin səhifəsində dərc edilmiş, o qəzetin adına yaraşmayan növbəti yüngül xarakterli yazıda.

Həmin yazı ki, son dövrün idman mətbuatında rastıma çıxan ən biyabırçı, ən xaraktersiz, ən qeyri-peşəkar nümunədi.
Əslində gözlənilən oldu. Ruhunda dedi-qoduçuluq, qeybət olan idman mediası İlkinin birinci xəbərindən çox ikinci mövzuya diqqəti ayırdı, məsələ aktuallaşdı, şişdi.

Söhbətin nədən getdiyini hamı bilir. Təfsilata yenidən qayıtmayacağam. Açığı, jurnalisti belə yazı yazmağa konkret nəyin vadar etdiyini bilmirəm. Oxucunu azərbaycanlı futbolçunun tipik tərbiyəsizliyi ilə bağlı istənilən xəbərə inandırmaqdan asan şey yoxdu. Çünki orta statistik azərbaycanlı futbolçu – medianın indiyə qədər cəmiyyətə təqdim etdiyi format üzrə – elə tərbiyəsiz olmalıdı. Media isə müqəddəsdi. Baxmayaraq ki, o ortamda hər xarici səfər ərəfəsində məhdud yerlər uğrunda az qala millət bir-birinin qanını tökür. Dünyanın heç bir yerində olmayan reklam “əməkdaşlığı” biabırçılığı günümüzün normallığına çevrilib və s.

Sözügedən yazını oxuyanda aydın olur ki, jurnalisti təlim-məşq toplanışını işıqlandırması üçün Antalyaya “Simurq” özü aparıb. Bu kimi hallarda adətən klubun mətbuat xidməti redaksiya ilə əlaqə saxlayır, onlara səfər üçün bir repartyor ayrılmasını xahiş edir. Çox güman, məlum yazının müəllifi də bu prosedurdan sonra Türkiyəyə yollanıb. Mənim üçün isə həmin jurnalisti Antalyaya təyin edən redaktorun seçimi deyil, onun qarşısına qoyduğu tələb maraqlıdı. Bu tələb əgər ciddi olsaydı, sözügedən yazı oxuduğumuz formada ciddi hesab edilən qəzetin səhifəsində olmamalıydı. Səbəblərini deyim.
Gəlin, əvvəlcə fərz edək ki, jurnalistin yazdığı yazı həqiqəti əks etdirir.

Həqiqət olsa belə, bu tip məhkəmə predmeti verən , insanların şəxsi həyatını köklü şəkildə sarsıdacaq məlumatlar açıq formada ictimailəşdirilə bilməz. Bu, dəyəri artıq “Futbol+” qəzeti üçün “0”-a bərabər olan jurnalistin etika kodeksinin pozulduğu birinci məqam. Həmin qaydaların 6-cı maddəsi “Şəxsiyyətə və özgə ləyaqətinə ehtiram” adlanır. Məzmunu belədi: “Jurnalist, peşəsi ilə əlaqədar ünsiyyətdə olduğu adamların şəxsiyyətinə və ləyaqətinə hörmət edir, onları incidə biləcək heç bir hərəkətə yol vermir. Ayrı-ayrı adamların şəxsi həyatına müdaxilə, bu haqda faktların yayılması jurnalist üçün yolverilməz sayılır. Şəxsiyyətin həyatı barədə faktlar yalnız cəmiyyətin və dövlətin, vətəndaşların hüquq və qanuni mənafelərini müdafiə etmək naminə yayıla bilər. Mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur”.

Müəllif, bir futbolçu ilə həmin klubun işçisi olan qızın münasibətini qabardır. Futbolçunun adı  hardasa, bizim üçün içtimai xarakterli ola bilər. Bəs, Leyla Səttarova kimdi? Mən o qızı heç tanımırdım axı. Eləcə də, sıravi qəzet və sayt oxucusunun bu qızı sırf adı və soyadı ilə, həm də jurnalistin təqdim etdiyi formada tanıması nə dərəcədə düzgün idi?! Çox sadə bir fəsad ehtimalını deyim. Bəlkə, həmin yazını oxuyan hansısa valideyn, o qızı öz ailəsinə gəlin gözü ilə görürdü?! Daha da anlaşılan məişət dili ilə soruşaq: “Sən axı onun babalını niyə yuyursan?!”

İkincisi, bu cür ağır ittihamlı yazını yazan müəllif, demək ki, fakt amilinin ciddiyətini unudur.  Və Qırtımovun bu gün yayılmış müsahibəsini oxuyanda o da aydın olur ki, jurnalist Antalyada şantajçılıq etməkdən də utanmayıb.
Müsahibədən çıxarış: “Klub prezidenti də onun məqsədini yaxşı bilirdi. Əgər elə olmasaydı, hər dəqiqə gəlib “Anar müəllim yazacam” sözünə “yaz” deməzdi”.

“Futbol+” qəzetinin unudub, çoxdan tüpürdüyü həmin etika kodeksinin 5-ci maddəsi isə “Paklıq” adlanır. Həmin maddəyə görə, qəzetin işçisi gözü ilə gördüyü materialın əvvəlcə qəzet üçün uyğunluq dərəcəsini müəyyən etməli, sonra onu dərc etməli idi. Maddəni tam oxuyaq: “Paklıq jurnalistə peşə üstünlüyündən, özü, yaxın adamları, qohum-qonşuları, yerliləri və b. naminə sui-istifadə etməyə imkan vermir. Jurnalistə mətbu və ya efir sözündən şəxsi rəqiblərinə, xoşu gəlmədiyi hər hansı adama qarşı istifadə etmir. Onun kütləvi informasiya vasitələri üçün hazırladığı materiala görə idarə, müəssisə, təşkilat, siyasi qrup və partiyalardan, ayrı-ayrı şəxslərdən, mükafat, hədiyyə və s. almağa ixtiyarı yoxdur, material hazırlamamaq üçün də onlarla sazişə girmir. Əgər göstərilən normalar hədə-qorxu, təzyiq və s. nəticəsində pozularsa, bu, jurnalistə bəraət qazandırmır. Kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmayan faktlarla tanış olan jurnalistin bu faktları yaymağa hüququ yoxdur”.

Buraya qədər yazdıqlarımız İlkin Qırtımovla bağlı dərc edilmiş yazının gerçək olması halında belə, bir ciddi qəzetin yol verdiyi qeyri-peşəkarlığın təəssüfü idi. Ancaq biz, bu hadisənin ümumiyyətlə jurnalist fantaziyasının əsəri olması ehtimalını da unutmayaq. “Fantaziya” – olmayan hadisənin canlandırılması deyil, həm də həddindən artıq şişirdilmiş formada təqdim edilməsidi. Müəllif elə yazının əvvəlində deyir ki, “Simurq”un düşərgəsində mühit darıxdırıcı idi. Bunu o, nəql etdiyi hadisə baş verənə qədər mövcud olan situasiyanı təsvir edərkən yazır. Və belə çıxır ki, biz sırf həmkarımızdı deyə, müəllifə qoşulub “Simurq”u ona “bazlıq” təşkil etmədiyi üçün qınamalıyıq?

Həbibin yaşından xəbərim yoxdu. Jurnalistikada karyerasının geniş tarixə söykənmədiyini bilirəm.

Futbol təsərrüfatı şoran torpaqları xatırlatdığı kimi, idman mediası da eyni obraza düşüb. Futbolçu da asan yetişmir, jurnalist də. Şoran torpağın barı dadsız olur. Deməli, olanımıza sahib çıxmağa məcburuq. Həm İlkin Qırtımov, həm də Həbib bizim olanımızdı. “Futbol+”in redaktor heyəti klublardan peşəkarlıq tələb edən yazıları ciddi arqumentlərlə qoymalıdı, qoymağı öyrətməlidi və ya bilmirsə, öyrənməlidi. Bu yazının belə formada ictimailəşməyi Həbibdən çox, o qəzetin redaktor heyətinin günahıdı. Onların özlərindənrazılığının, burunlarının ucunu görməməklərinin, özünütənqid vərdişlərini itirilmələrinin nəticəsidi.
Bir də bu mövzudan da Qarabağ dərdi düzəldənlərə, işi Qarabağı azad etmə məhkumiyyətinə bağlayanlara, İlkin Qırtımovu  Qarabağa göndərənlərə gülməyim gəldi.

Vəziyyəti o həddə çatdırmısınız ki, daha camaat uroloqa da getməyə risk eləmir. Qorxur, deyərlər ki, sən necə kişisən, Qarabağ işğalda ola-ola niyə bu gündəsən?!

Rəsul Şükürsoy

Son yazılar

To Top