“Qarabağ” uduzdu – mövsümdə ilk məğlubiyyət
22.11.2019 , 20:55
Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.
Korner.az xəbər verir ki, lider “Qarabağ” “Sumqayıt”ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Bu, Ağdam klubunun mövsümdə ilk məğlubiyyəti olub.
22 noyabr (cümə)
“Sumqayıt” – “Qarabağ” – 2:1
Qol: Peyman Babayi, 65, 68 – Xayme Romero, 36.
Qırmızı vərəqə: İsmayıl İbrahimli, 70
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”, 19:00